Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan-Türkiyə təlimləri, cəbhədə gərginlik və informasiya müharibəsində "qaloş taktikası"

Tabor komandiri mayor Aqil Ömərov snayperlə vurulandan sonra cəbhə xəttində bir erməni işğalçısı məhv edildi. Bunu cəmiyyətə qisas kimi təqdim etməyə çalışdılar, amma bu qisas sayıla bilməzdi. Çünki, tabor komandirinə, mayora qarşı düşmən tərəfdən tabor komandiri və ya həmin rütbədə zabit məhv edilməli idi. Axı Azərbaycan Müdafiə nazirliyi bir şəhidin qarşılığında on erməni işğalçısı demişdi? Dünən yenə bir əsgərimiz şəhid oldu. Ermənistan Müdafiə nazirliyi bəyanat verdi ki, öldürülən erməni əsgərinin qisası alındı və bunu edən əsgər də mükafatlandırıldı.

İnformasiya müharibəsi deyilən əslində budur. Erməni cəmiyyəti bildi ki, onlardan öldürülənə cavab olaraq, qarşı tərəfdən bir əsgər getdi. Bəs bizim cəmiyyət nə düşünür? Bunu hər birimiz daxilən hiss edir, əsəbi, ümidi itmiş, əlini hər şeydən üzmüş duruma düşür, hətta deyərdim ki, həyatdan belə küsürük. Axı nə vaxta qədər?!

Gələk lap əvvələ… Aqil Ömərovun şəhid olmasının adi, sıradan bir hadisə olmadığını dəfələrlə yazdıq. Artıq ermənilərin baş naziri Paşinyan neçənci dəfədir and-aman edir ki, mayoru biz vurmamışıq. Paşinyan hətta bildirib ki, silahları yoxlamışıq, bizim silahlardan atəş açılmayıb, üstəgəl, video görüntüləri ATƏT-in Minsk qrupuna da təqdim etmişik ki, baxın, atəş biz tərəfdən açılmayıb.

Yuxarıda da qeyd etdiyim kimi, informasiya müharibəsi bax budur. Artıq Paşinyanın and-amanından sonra neçə nəfər şəxsən məndən soruşub ki, bəlkə düz deyir, elə özümüzünkülər vurub?! Təkrar edirəm, informasiya müharibəsi bax budur, artıq Paşinyan and-amanla cəmiyyətimizi zəhərləyib. Artıq çoxları Aqilin qatilini daxildə axtarmağa başlayıb.

Paşinyanın təqdim etdiyi videolardan Azərbaycan tərəfində də olmalıdır. Milyonlarla pul xərclənib və cəbhə xəttində lazım olan yerlərə nəzarət kameraları quraşdırılıb. Nəinki nəzarət döyüş xəttinə, hətta Qarabağın dərinliklərini görə biləcək yüksək texniki göstəricisi olan kameralar da mövcuddur. Dəfələrlə ön postda olanda kameralardan siçanların belə hərəkətinin izlənildiyini əyani görmüşəm. Sual olunur, biz niyə kamera ilə sübut etmirik? Cəhənnəm olsun ATƏT, özümüzə, öz cəmiyyətimizə niyə sübut etmirik ki, bu atəşi düşmən açıb. Bəlkə kameralar işləmir? Paşinyan da, ərazidə olan hər kəs də bilir ki, təlim məntəqəsi kordur. Ancaq önə sızıb atəş açmaq heçmi Paşinyanın ağlına gəlmədi? Təbii ki, önə sızıb atəş açılanda, atəşin erməni səngərindən açılmadığnı hər kəs biləcək. Yaxşı, hesab edək ki, ərazi kimi, kamerlarımız da kordur, bəs Azərbaycanın ordusunun kəşfiyyatı hara baxırdı? Biri çıxıb buna cavab verməlidir!

Bu proses eynilə 2017-ci il fevral ayının 25-də 5 kəşfiyyatçımızın şəhid olmasına bənzəməyə başlayır. O zaman da Müdafiə nazirliyi susurdu, erməni tərəfi isə danışırdı. İş o yerə çatdı ki, heç zaman Müdafiə nazirliyinə gözün üstündə qaşın var deməyənlər belə ayağa qalxdı ki, məlumat verin, görək necə olub ki, 5 kəşfiyyatçımız şəhid olub! İndi yenə eyni durum yaşanır. Müdafiə Nazirliyisən, başa düşdük, atəş aça bilmirsən, cəmiyyət arxanda olsa da, bacarmırsan, bunu da başa düşdük, amma heç olmasa susma. Faktlarla sübut et ki, mayor məhz erməni snayperindən açılan atəş nəticəsində şəhid olub.

Ayın 7-dən Naxçıvanda Türkiyə ilə Azərbaycan ordusunun “Sarsılmaz qardaşlıq-2019” təlimləri keçirilir. Türkiyə mətbuatı durmadan təlimləri işıqlandırır, ancaq Azərbaycan mediasının gündəmi Qaloşdur!

Mövzudan kənar olsa da, Müdafiə Nazirliyi o təlimlərə niyə jurnalistləri cəlb etmir? Niyə görə biz Naxçıvanda keçirlən təlimi Türkiyə mediasından izləməliyik?

Müharibə şəraitində yaşayan ölkə ol, milyonlar xərclə və Türkiyə ordusu ilə böyük təlim keçir, ölkənin gündəmini isə qaloş tutsun. İndiki durumda gündəmi qaloş olan ölkənin başına kül də olar, hələ başqa şey də…

Səxavət Məmməd

www.yenicag.az

1822
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM