!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə universiteti yaradılsın - TƏKLİF

!Reklam – Yazi

“Bildiyimiz kimi ölkəmizin bəzi dövlətlərlə ortaq qurduğu universitetlər var. Bunların bir qismi Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrdir. Bununla bərabər, Qazaxıstan və Qırğızıstan ilə də ortaq universitetimiz var. Bundan əlavə Azərbaycan-Türkiyə universitetinin qurulması çox uyğun olar”.

Yenicag.az xəbər verir ki, bu sözləri professor Dr. Ahmet Emre Bilgili deyib.

“Madam ki, “İki dövlət, tək millət” fələfəsi ən çox iki ölkə arasında dilləndirilir, o zaman ali təhsil sahəsində də əməkdaşlıq etmək qaçınılmaz bir məcburiyyətdir. Türkiyənin ali təhsil sahəsindəki təcrübələri və akademik qaynağa sahib olması Azərbaycan üçün də önəmli bir fürsətdir. Bu fürsəti dəyərləndirmək hər iki ölkənin yararınadır”, – deyə professor qeyd edib.

O, sonda vurğulayıb ki, Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Turan Yazqanın da illər əvvəl Azərbaycanda təhsillə bağlı həyata keçirdiyi çalışmalarını xatırlamaqda fayda var.

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv