“Türkiyədə baş verən zəlzələnin nəticəsində yaranmış dağıntıların aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən ilkin olaraq 370 nəfər şəxs xüsusi xilasetmə avadanlıqları ilə təchiz olunaraq qardaş ölkəyə yollanırıq”.
Yenicag.az xəbər verir ki, bunu Fövqəladə Hallar Naziriniliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xilasetmə işlərinə təlim görmüş 8 it də cəlb olunacaq.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.
Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.