Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.