Reklam

Reklam

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək.

Yeniçağ.Az-ın Report-a istinadla məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Birliyin toplantısında Azərbaycanı baş nazirin müavini İsmət Abasov, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı hökumət rəhbəri Pavel Filip və Ukraynanı baş nazir Vladimir Qroysman təmsil edəcək.

İştirakçılar müzakirələrin birinci mərhələsində GUAM-ın azad ticarət zonasının perspektivlərini nəzərdən keçirəcəklər. Danışıqların ikinci mərhələdə isə birliyin nəqliyyat dəhlizinin yaradılması diqqət mərkəzində olacaq.

Xəbərdə bildirilir ki, səhər keçiriləcək iclasdan sonra danışıqların iştirakçıları biznes-foruma da baş çəkəcəklər.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."