!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir" - RƏSMİ / VİDEO

!Reklam – Yazi

“Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”.

Yenicag.az  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.

“Biz Ukraynanın yeni təhlükəsizlik konsepsiyasında Azərbaycanın bu ölkənin strateji tərəfdaşlarından biri kimi müəyyən edilməsini yüksək qiymətləndiririk. Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik”, – qeyd olunub.

Qeyd edək ki, ötən gün Ukraynada ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyası təsdiq olunub. Strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaşı kimi qeyd edilib. Belə ki, sənədin 36-cı maddəsində Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Litva və Polşanın Ukraynanın strateji tərəfdaşı olduğu bildirilib.

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv