Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.
Yenicag.az xbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial media hesabında yazıb.
“Növbəti humanitar yük Ukraynaya yola düşür – Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – səfir qeyd edib.