!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ukraynaya və ya Rusiyaya silah satır? - ARAŞDIRMA / FOTO

!Reklam – Yazi

Azərbaycanda 2022-ci ildə hazırlanmış “40M11 HE-frag” 120 mm-lik minaatan mərmilərinin Ukraynaya satılması barədə informasiya yayılıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan dövləti Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tərəflərin heç birinə silah satmayacağını bəyan edib. “Ukraine Weapons Tracker” “Twitter” hesabı isə Azərbaycanın Ukraynaya minaatan mərmisi satdığını iddia edib.

Məsələni aydınlaşdırmaq üçün silah sənayesi sahəsindəki mənbələrlə dəqiqləşdirmə apardıq. Mənbələr bildirdi ki, Azərbaycan Ukraynaya silah satmır.

Mənbələrimiz tərəflərin heç birinə mərmi satmadığını vurğulayıb. Yəni təkcə Ukraynaya yox, Rusiyaya da silah, mərmi satılmır.

Bundan əlavə, əldə etdiyimiz məlumata görə, Azərbaycan təkcə Ukraynaya yox, hətta Ukrayna və Rusiya ilə dost olan ölkələrə belə silah satmır ki, mərmilər üçüncü ölkənin vasitəsi ilə müharibədə istifadə olunsun.

Səxavət Məmməd

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv