!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ermənistan arasında GÖZLƏNİLƏN GÖRÜŞ: "Sərhədlər tanına bilər"

!Reklam – Yazi

Erməni mətbuatının yaydığı məlumata görə, noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş baş tutacaq. Görüşdə iki sənəd imzalanması gözlənilir.

Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, görüşdə iki tarixi sənədin imzalanması gözlənilir:

“Ona görə də görüş çox əhəmiyyətli olacaq. Bakı vaxtilə 2020-ci ilin 10 noyabr gecəsində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanmışdı. Ermənistan təslim olandan sonra nəzərdə tutulan növbəti görüş olduqca vacibdir. Bu görüşdə sərhədlərin tanınması ilə bağlı olan bir müqavilə imzalana bilər. Məlumdur ki, sərhədlərin demarkasiya və delimitasiyası dünya üzrə ən ağır proseslərdən biridir. Xüsusən də söhbət münaqişə tərəflərindən gedir. Görüşdə dəhlizinin açılması ilə bağlı sazişin imzalanacağı gözlənilir. Gözləntilərin son aqibətini qarşıdakı iki həftə ərzində baş verən proseslərin gedişatı göstərəcək. Çünki son məqamda hər şey dəyişə və müxtəlif qərarlar qəbul oluna bilər”.

Gülşən Şərif

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv