“Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır”

Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

“Beynəlxalq aləmdə baş verən hadisələrlə yanaşı, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır. Dövlət Departamenti bu məsələ ilə məşğul olmağa davam edəcək”./Trend/