Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutub.
Yenicag.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər.
Görüşdə prezidentlər İlham Əliyev və Serj Sarkisyan həmsədrlərin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər.