Azərbaycan və Ermənistan xarici işləri nazirləri Moskvada görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparılır: “İki ölkənin xarici işlər nazirləri prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər”.

Yeniçağ.az