Azərbaycan və Ermənistan XİN başçıları bu gün görüşəcək

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşü şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü çərçivəsində bütün məsələlər, o cümlədən, yəqin ki, sözügedən məsələ də müzakirə olunacaq”, – deyən Rusiya rəsmisi görüş zamanı regiondakı vəziyyətin təhlil olunacağını dilə gətirib./Report /