Azərbaycan və Ermənistanın XİN rəhbərləri ABŞ-də görüşəcək – Bu gün

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü “Tvitter”də bildirib.

ABŞ tərəfinin təşəbbüsü ilə görüş bu gün baş tutacaq.

Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.