“Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırıq” – ABŞ

“ABŞ hökuməti Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir”.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti ATƏT-in keçmiş Minsk qrupunun gələcəyi və Vaşinqtonun məsələyə münasibəti ilə bağlı sualı cavablandırarkən bəyan edib.

“Biz hər iki tərəflə onların razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəyi istənilən formatda işləməyə hazırıq”, – deyə Dövlət Departamenti qeyd edib.

COP29