Bu görüş çərçivəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik.
Yeniacag.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
“Eyni zamanda, bir sıra digər mühüm regional məsələlər ətrafında detallı fikir mübadiləsi apardıq. Azərbaycan-Fransa diplomatik münasibətləri uzun illər boyu dinamik formada inkişaf edən və çoxşaxəli sahələri əhatə edən uğurlu bir əməkdaşlıqdır. Biz bu müddət ərzində bir sıra strateji sahələrdə böyük birgə layihələr həyata keçirmişik. Bunlar içərisində enerji, neft-qaz layihələri, həmçinin ölkəmizi dünya bazarları ilə birləşdirən infrastruktur layihələri, hava daşımaları, kosmik sahələrdə əməkdaşlığımız olub. Ümumilikdə sosial, iqtisadi, humanitar, texnologiya, mədəniyyət və digər sahələrdə qarşılıqlı əməkdaşlığımız olmuşdur”, – Ceyhun Bayramov əlavə edib.
***
Azərbaycan və Fransa XİN rəhbərlərinin təkbətək görüşü keçirilir.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
***
12:38
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Avropa və xarici işlər naziri Ketrin Kolonnan arasında görüş başlayıb.
Yenicag.az xəbər verir ki, C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Qeyd edək ki, K.Kolonna Azərbaycanda səfərdədir.