!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan və Gürcüstan arasında problemlər var” – Gela Vasadze

!Reklam – Yazi

“Əsas məsələ mövcud problemlərin həllinə operativ təsir göstərmək imkanlarının mövcud olmasıdır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Gürcüstan prezidenti Salome Zurabişvilinin səfərini dəyərləndirən politoloq, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun siyasi müşaviri Gela Vasadze deyib.

Vasadzenin sözlərinə görə, Azərbaycanda yaşayan gürcülərin məsələsi spekulyasiya predmetinə çevrilib:

“Gürcüstan prezidentinin Azərbaycana səfəri Salome Zurabişvilinin davranışlarındakı alqoritmi ortaya qoydu. Əvvəla, Zurabişvili real səlahiyyətlərə malik olmayan prezident kimi istənilən problemi onu həll etmək iddiasında da olmadan da qabartmaq imkanındadır.

Məsələn, həlli vaxt tələb etdiyi üçün barəsində çox da danışılmayan sərhədlərin demarkasiyası məsələsi… Real səlahiyyətlərə malik bir siyasətçinin bu məsələni qaldırması o problemin artıq aktuallaşması anlamına gəlir.

Eyni zamanda, Azərbaycanda yaşayan gürcülərin məsələsi də bu sıraya aid oluna bilər. Çünki uzun müddət sosial şəbəkələrdə Azərbaycandakı gürcülərin məsələsi spekulyasiya mövzusuna çevrilib. Ancaq bu barədə danışmaq mümkündür.

Zurabişvili real səlahiyyətinin olmaması səbəbindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında da rahatlıqla danışa bildi. Bundan uzağa gedən nəticələr çıxarmağa dəyməz.

Nəzərə alaq ki, Zurabişvilinin Fransa ilə xüsusi əlaqələri mövcuddur. Fransa isə Azərbaycan üçün Avropanın problemli ölkəsidir. Həmçinin, Azərbaycan və Gürcüstan hakimiyyətləri arasında kommunikasiya probleminin həllinin mümkünlüyünü də zaman göstərəcək.

Ancaq əminliklə deyə bilərik ki, Azərbaycan və Gürcüstan arasında problemlər var, buna da normal yanaşmaq lazımdır. Lakin ölkələr arasında münasibətlərin səviyyəsi problemlərin olmaması ilə ölçülmür. Əsas məsələ mövcud problemlərin həllinə operativ təsir göstərmək imkanlarının mövcud olmasıdır”.

Qafqaz Ömərov

www.yenicag.az

6387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv