!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Gürcüstanın qarşılıqlı sərhəd iddiası: Tərəfdaşlar düşmənə çevriləcək?

!Reklam – Yazi

“İki ölkə arasında sərhədlərin delemitasiyası zamanı yaranan ziddiyyətlər heç bir halda gərginliyə yol açmamalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan Xarici İşlər Nazirliyinin Azərbaycanla sərhədlərin 34 faizi üzrə mübahisələrin qaldığına dair açıqlamasına münasibət bildirən “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında hələ aradan qalxmayan sərhəd mübahisələrinin olması təbiidir, bunun həlli isə zaman məsələsidir:
“Bildiyiniz kimi, SSRİ vaxtında bu respublikalar vahid ittifaqın tərkib hissələri idilər və onların arasındakı sərhədlər də nisbətən formal xarakter daşıyırdı. Ancaq Sovetlərin süqutundan sonra fərqli vəziyyət yaranıb.

O baxımdan, Azərbaycan və Gürcüstanın müstəqilliyinin bərpasından sonra iki ölkənin sərhədlərinin delimitasiya-demarkasiyasının aparılması təbiidir. Bu istiqamətdə müzakirələr 20 ildən çoxdur ki davam edir.

Müzakirələrin gedişində ərazi mübahisələrinin yaranması gözlənilən idi. Məsələn, bu mübahisələrin əsas predmetləri sırasında Keşikçidağ kompleksini və Qırmızı Körpü ətrafındakı müəyyən əraziləri göstərə bilərik.

Bildiyim qədər, Azərbaycanın da Gürcüstana müəyyən ərazi iddiaları var. Çox yaxşı olardı ki, Azərbaycanın müvafiq dövlət qurumları bu müzakirələr haqqında ictimaiyyəti məlumatlandırsın.

Bununla belə, hesab etmirəm ki, iki ölkə arasında sərhədlə bağlı yaranan mübahisələr çox dərinə gedə bilər. İki ölkə arasında sərhədlərin delemitasiyası zamanı yaranan ziddiyyətlər heç bir halda gərginliyə yol açmamalıdır”.

A.Zeynalov

www.yenicag.az

4788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv