Azərbaycan və İsveçrə biznes əlaqələrinin genişləndirilməsini müzakirə etdi

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre arasında görüş keçirilib.

Bu barədə Yenicag.az-a KOBİA-dan bildirilib.

Məlumata görə, görüşdə hər iki ölkənin biznes qurumları arasında əlaqələrin genişləndirilməsi imkanları və KOBİA-nın dəstəyi ilə nümayəndə heyətinin Cenevrəyə gözlənilən səfəri müzakirə edilib.