Azərbaycan və Moldova neft-qaz sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Moldova arasında energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlıq genişləndirilir.

Yenicag.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin Moldovanın energetika naziri Viktor Parlikov ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb.

Ölkələr arasında müxtəlif istiqamətlərlə yanaşı, energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsində önəmli addımların atıldığı qeyd edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

COP29