25 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində ölkəmizdə səfərdə olan “Afrikalı Uşaqların Beynəlxalq Fondu” və “Qan Donorları Assosiasiyası” ictimai birliyinin nümayəndələri Azərbaycan Milli QHT Forumu-nun ofisində qonaq olub. Görüşdə iştirak AMQF-nin sədri Ramil İsgəndərli milli Qeyri Hökümət Təşkilatlarının fəaliyyətindən və gələcək gözləntilər haqqında geniş məlumat verərək Milli QHT-lərin Qlobal Cənubun vətəndaş cəmiyyəti ilə əməkdaşlığını təqdirəlayiq hesab edib.
Daha sonra “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri Fuad Əsgərov və “Afrikalı Uşaqların BeynəlxalqFondu”nun prezidenti Angela Josephlan tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.