Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, Polşa səfirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri Sarmatiya layihəsi üzrə polşalı tərəfdaşları ilə uğurlu danışıqlar aparıblar.
Belə ki, “SOCAR Trading” ilə Polşanın neft şirkəti olan “Lotos” arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıqlar əldə edilib.
Yenicag.az