Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

Yenicag.az xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri, həmçinin Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması barədə fikir mübadiləsi aparılıb.