Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı oldu

Azərbaycan və Rusiya Baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər birgə layihələr, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda gələcəkdə hökumət xətti ilə keçiriləcək görüşlər barədə danışılıb.