Azərbaycan və Rusiya Xəzərdə birgə təlim keçirir

340357568bdf7df28b4516af02468f6aAzərbaycan və Rusiya Xəzər dənizində birgə təlim keçirir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumat deyilir ki, cari ilin 28-29 sentyabr tarixlərində Rusiya Federasiyasının Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin gəmilərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində birgə sərhəd təlimi keçirilir(APA).