Azərbaycan və Rusiya XİN başçılarının görüşü başa çatdı – YENİLƏNDİ / FOTO/ VİDEO

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatıb.

Yenicag.az xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

***

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə onun rusiyalı həmkarı Sergey lavrov arasında təkbətək görüş başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində yer alıb.

***

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.

Yenicag.az xəbər verir ki, nazir səfər çərçivəsində Moskvada naməlum əsgərin məzarını ziyarət edib və əklil qoyub.

Səfər çərçivəsində Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla, həmçinin Rusiya Federasiya Şurasında və Nazirlər Kabinetində görüşlər keçirəcək.

***

Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.