Azərbaycan və Türkiyə liderləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdi

Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Yenicag.az xəbər verir ki, bu məsələlər İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı diqqətə alınıb.