Azərbaycan və Türkiyə səfirləri görüşdü

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı arasında görüş olub.

Yenicag.az xəbər verir ki, bunu türkiyəli diplomat tviterdə yazıb.

O bildirib ki, R.Məmmədov Bakıya gəlib və Türkiyə səfirliyində olub.

Diplomatlar gündəlikdə olan məsələləri müzakirə ediblər.