!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Türkiyə təhsil nazirləri Türkiyə Parlamentinin 100-cü ildönümü şənliyinə qatılacaq

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinin quruluşunun 100-cü il dönümündə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Yunus Əmrə İnstitutu tərəfindən dijital formatda tədbir təşkil ediləcək.

Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyənin təhsil naziri Ziya Səlcuqla yanaşı, Azərbaycanın təhsil naziri Ceyhun Bayramov da iştirak edəcək.

“Zoom” adlı proqram vasitəsilə canlı yayımlanacaq tədbir Yunus Əmrə İnstitutunun sosial media səhifələrində də izlənə biləcək. 58 ölkədən yüz uşağın mahnı oxuyub, şeir söyləyəcəyi və milli rəqslər ifa edəcəyi “23 Aprel 100-cü İl Xüsusi Proqramı” adlı tədbirin aparıcılığını Pelin Çift edəcək.

Tədbirdə həmçinin Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, Bosniya və Herseqovinanın təhsil, mədəniyyət və elm naziri Rəşid Hadzoviç, Kosovanın təhsil, elm və texnologiya nazirinin müavini Enis Kerva, Şimali Kipr Türk Respublikasının təhsil və mədəniyyət naziri Nazim Çavuşoğlu, Şimali Makedoniyanın dövlət naziri Elvin Həsən, Şimali Makedoniyanın mədəniyyət naziri Hüsni İsmaili və İordaniya şəhzadəsi Asim bin Naif iştirak edəcək.

Program aprelin 23-də Türkiyə vaxtı ilə saat 16.00-da, Azərbaycan vaxtı ilə saat 17.00-da başlayacaq.

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv