Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan və Türkiyə XİN başçıları danışdı - Cəbhədəki vəziyyət müzakirə edildi

Reklam: High Technic

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, telefon danışığı zamanı Ermənistan tərəfinin yeni təcavüz aktını qətiyyətlə pisləyən Mevlüt Çavuşoğlu, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mübarizəsində Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu vurğuladı.

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin hər zaman olduğu kimi bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə etdi. Nazir 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə Türkiyəli həmkarını məlumatlandırdı. O, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğunu vurğuladı. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruri olduğu vurğulanıb.

www.yenicag.az

243