Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşdülər

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

COP29