Azərbaycan vətəndaşı piyadanı vuraraq öldürdü – Lvovda

Ukraynanın Lvov şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə dekabrın 8-də qeydə alınıb. Qəza həmin gün axşam saat 20:15 radələrində, Qorodotskaya – Aviatsionnaya küçələrinin kəsişməsində baş verib.

Yerli mətbuatın yaydığı məlumata görə, qəzanı törədən Lvovda yaşayan 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, idarə etdiyi KİA markalı avtomobil ilə piyada keçidindən keçən qadını vurub. Piyada aldığı xəsarətlərdən yerində keçinib.

COP29