Bu gün 44 günlük Vətən Müharibəsinin başlanmasından 4 il ötür.
Yenicag.az xəbər verir ki, vətən uğrunda qəhrəmancasına döyüşərək, öz canlarını qurban verən şəhidlərin əziz xatirəsi yad edilib.
Anım günündə Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım günündə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbiçilər şəhidləri ziyarət edərək, məzarları üzərinə gül dəstələri qoyublar.
İsmayıl Bakuvi
Samir Məcidov