Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək – VİDEO

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ Azərbaycanda da dərin narahatlıqla izlənilib.

“HaberGlobal”ın hazırladığı reportajda Bakı sakinlərinin Türkiyə dövləti və qardaş türk xalqı ilə kədərlərinin bölüşüldüyü əks olunub.

Türkiyə kanalına müsahibə verən paytaxt sakinləri həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara isə tezliklə şəfa diləyiblər.

Müsahiblər Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlara öz mənəvi dəstəyini göstərən Türkiyə dövlətinə də minnətdarlıqlarını ifadə ediblər.