!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan vətəndaşlarının ən çox səfər etdikləri ölkələr açıqlandı

!Reklam – Yazi

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,2 faiz artaraq 493,1 min nəfər olub.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 faiz, Türkiyəyə gedənlərin sayı 5,5 faiz artıb, İrana gedənlərin sayı isə 26,5 faiz azalıb. Ölkə vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 24,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,8 faizi İrana, 19,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,5 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv