Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsinə başlanılıb

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarından COVID-19 testlərinin götürülməsinə başlanılıb.

Yenicag.az xəbər verir ki, təxliyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-da PSR testlərinin götürülməsinə başlanılıb.

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək./APA/

COP29