!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan vətəndaşlarının pandemiya dövründə ən çox səfər etdiyi ÖLKƏLƏR

!Reklam – Yazi

2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,5 dəfə azalaraq 1 milyon 135,0 min nəfər olub.

Yenicag.az-ın məlumatına görə, səyahət edənlərin 29,7 faizi İrana, 26,8 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 15,7 faizi Türkiyəyə, 8,9 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 74,3 faizi dəmir yolu və avtomobil, 22,9 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv