!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd ediləcək – Panel müzakirələri – Fotolar

!Reklam – Yazi

Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı başlayıb.

Qurultayın rəsmi açılış mərasimindən sonra  Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı dinlənilib.

Mandat Komissiyasının məlumatı dinlənildikdən sonra panel müzakirələri başlayıb.

Birinci paneldə Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar, Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi aparılıb.

Avropa Azərbaycanlıları Konqresinin fəxri Prezidenti, AAK-ın İcraiyyə Komitəsinin üzvü Samira Patzer-İsmayılovanın moderatorluq etdiyi paneldə Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə çıxış ediblər. 

 Qurultayın ikinci panelində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi aparılıb.

AAK-ın İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluq etdiyi Paneldə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Məmmədzadə çıxış ediblər.

Panellər müzakirələrlə davam edib.

www.yenicag.az

2864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv