Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır – Fotolar

Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin baş verməsindən 27 il ötür. 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Hər il olduğu kimi bu il də Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir.

Yeniçağ.az fotoları təqdim edir:

 

Gülnarə Eynullaqızı

Yeniçağ.az