“Azərbaycan xalqının yanında olmağa davam edəcəyik” – Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü anan paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda deyilir:

“Tarixin ən qanlı günlərindən olan 31 Mart 1918 -ci ildə Azərbaycanlı qardaşlarımıza yönəlmiş qətliamın törədildiyi Azərbaycanlıların Soyqırımı Gününün qurbanlarını rəhmətlə anıram. Haqlı mübarizələrində hər zaman Azərbaycan xalqının yanında olmağa davam edəcəyik”.