Azərbaycan xaricə nar satışını 20 faizə yaxın azaltdı

Dövlət Gömrük Komitəsi bu ilin ilk 7 ayında Azərbaycanın nar ixracı barədə göstəriciləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, hesabat dövründə xaricə $2 mln. 424 min dəyərində 1 541.27 ton nar satılıb. Nar ixracı ümumi ixracın 0.01%-ini, qeyri-neft ixracının isə 0.14%-ini təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin müvafiq dövründə nar ixracı dəyər ifadəsində 18.8%, miqdar ifadəsində isə 19.3% azalıb. Belə ki, keçən ilin ilk 7 ayında Azərbaycan xaricə $2 mln. 986.81 min dəyərində 1 910.83 ton nar satmışdı. 2021-ci ilin yanvar-iyul aylarında nar ixracı ümumi ixracda 0.03%, qeyri-neft ixracında 0.22% paya sahib idi.