Azərbaycan xarici avtomobil istehsalçıları ilə əməkdaşlığı müzakirə etdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.

“General Motors” (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, “UNO MİNDA” (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal), “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.