Azərbaycan XİN Almaniyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanı Milli Gün münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində qeyd olunub.

“Almaniyanın Milli Günü münasibətilə Almaniya hökuməti və xalqına ən xoş diləklər və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Almaniya!”, – məlumatda bildirilib.