Azərbaycan XİN BƏƏ-ni təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Milli Gün münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in Twitter səhifəsində paylaşım olunub.

“Milli Gün münasibətilə BƏƏ hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, BƏƏ!”, – paylaşımda bildirilib.