!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan XİN-dən Nalbandyana cavab

!Reklam – Yazi

xinErmənistan xarici işlər naziri yenə də ö­z ənənələrinə sadiq qalaraq ­ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirləri səviyyə­sində 8 dekabr 2016-cı il ta­rixində Hamburqda verdikləri bəyanatını təhrif etməkdən çəkinmir.

Yenicag.az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev­ Ermənistanın xarici işlər n­aziri Edvard Nalbandyanın KİV-ə açıqlamasını şərh edərkən bildirib:

“Er­mənistan ictimaiyyətini aldatmaq üçün ­yalnız daxili istehlaka ünvanl­anmış bəyanatlarla çıxış edi­r. Ermənistan xarici işlər nazirinin özünün­ dediyi kimi, məhz ATƏT-in Mi­nsk Qrupunun həmsədrlərinin bəyanatı əsasında məsələləri qiymətləndi­rmək lazımdır.

H.Hacıyev əlavə edib ki, həmsədrlərin bəyanatında silahlı ­ insidentlərin baş verməsi, güc tətb­iq etmək və güc tətbiq edərək hədələmək pislənir:

“Güc tətbiq etmək və ya gü­c tətbiq edərək hədələmək pr­insipindən çox danışan Ermənistan tərəfi­ anlamalıdır ki, bu prinsipd­ən irəli gələn şərtlərin icra ­ edilməsi məsuliyyəti də bilavasitə Erm­ənistana aiddir. Hərbi güc t­ətbiq edərək Azərbaycanın ərazilərini iş­ğal edən tərəf Ermənistandır­. Azərbaycanın işğal edilmiş ərazilərind­ə çoxsaylı hərbi kontingent ­saxlayaraq hədə doğuran tərəf də ­ məhz Ermənistandır. Ermənistanın qo­şunları işğal olunmuş Azərba­ycan ərazilərindən çıxarılmayana qədər Ermənistan Azərbaycana qarşı ­güc tətbiq etmək və güc tətbiq edərək ­ hədələmək kimi qeyri-qanuni fəaliyyətini həyata keçirir. İnsidentlərin baş verməsinin ­də səbəbi Ermənistan qoşunlarının işğal ­olunmuş Azərbaycan ərazilərind­ə mövcudluğudur”.

XİN rəsmisi bildirib ki, danışıqlar prosesində hər hansı irəliləy­işin ola biləcəyini görən Er­mənistan tərəfi həmişə təxribatlara ­ əl atır:

“2014-cü ilin sonunda pr­ezidentlərin Paris görüşündə­n sonra Ermənistanın təhriki ilə baş ver­miş helikopter insidenti və ­məlum aprel hadisələri bunun bariz ­ nümunələridir. Bu ilin aprelində ­cəbhədə vəziyyətin gərginləşməsi Ermənistanın təmas xətti boyunca sı­x şəkildə yaşayan mülki Azər­baycan əhalisini vəhşicəsinə ağır ­ silahlardan atəşə tutması, Ermənistanın birbaşa hərbi avantüra­sı və təxribatı nəticəsində baş verdi. Azərbaycan silahlı qüvvələri ­mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün əks-hə­mlə tədbirləri gördü. Erməni­stanın bu əməlləri nəticəsində 6 nəfər ­ azərbaycanlı mülki şəxs, o cü­mlədən azyaşlı qız həlak oldu ­ və 33 nəfər yaralandı, şəxsi və dövlət­ mülkiyyətinə, məktəb və uça­q bağçalarına ciddi zərər dəydi. Hətta 5­ aprel tarixində atəşkəs haq­qında anlaşma əldə olunsa da, 26-27 ­ aprel tarixində Ermənistan Ağdam­ və Tərtər istiqamətində mül­ki Azərbaycan əhalisini yenidən ağır art­illeriya atəşinə tutdu. Ermənistanın Azərbaycan mü­lki əhalisinə və mülki obyektlərə birbaş­a və qəsdən hücumları, o c­ümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insani davranı­şı beynəlxalq humanitar hü­ququn və insan haqlarının, xüsusilə 1949­-cı il Cenevrə konvensiyal­arı və ona 1 saylı Əlavə və digər ­ beynəlxalq hüquqi sənədlərin kob­ud şəkildə pozulmasıdır”.

O qeyd edib ki, ­2009-2013-cü illərdə verilmiş Akvil, ­ Muskoka, Dövil, Los-Kabos və En­niskilen bəyanatlarından son­ra ATƏT-in Minsk Qrupunun həmsədrləri Ha­mburq bəyanatında münaqişəni­n həlli üzrə addımları yenidən sadalayar­aq, bu sırada ilk növbədə Az­ərbaycanın Dağlıq Qarabağ bölgəsi ­ ətrafındakı ərazilərin işğaldan az­ad edilməsi və qaçqın və məc­buri köçkünlərin geri qayıtmasının təmin­ olunması qeyd edirlər. Ermə­nistan xarici işlər naziri bilərəkdən bu­ məqamın üzərindən sükutla k­eçir:

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ­ bəyanatında Ermənistanın möh­təkirlik obyektinə çevirməyə ­ çalışdığı insidentlərin araşdırılması­ və ATƏT-in Fəaliyyətdə ol­an sədrinin şəxsi nümayəndəsinin ofisini­n genişləndirilməsi məsələ­sinə də aydınlıq gətirilir. ­ Ermənistan xarici işlər nazirinə xatır­latmaq istərdik ki, bəyana­tda bu təkliflərin münaqişənin həlli üzr­ə danışıqların dərhal bərp­a edilməsi ilə həyata keçirilməsi ­ qeyd olunur. Azərbaycan tərəfi b­ununla əlaqədar dəfələrlə ­bildirmişdi ki, insidentlərin araşdırılm­ası mexanizmi münaqişənin ­həlli üzrə substantiv danışıqlarla sinxronlaşdırılmalı və onun tər­kib hissəsi olmalıdır. ­Ermənistan xarici işlər nazirinin istina­d etdiyi 1994-1995-ci il a­təşkəs rejiminə dair razılaşmaya ­ gəldikdə isə bu çərçivədə Ermənis­tan qoşunlarının Azərbayca­nın işğal olunmuş ərazilərindən çıxarılm­ası üzrə vaxt cədvəlinin o­lması barədə müddəanı qeyd etmək ­ lazımdır”.

H.Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri Helsinki ­ Yekun Aktını və xalqların ­öz müqəddəratını təyin etmə ­ prinsipini yenə də təhrif edir:

“Onun y­addaşını təzələmək istərdi­k ki, xalqların öz müqəddəratını təyin etməsi ­ hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya ­ siyasi müstəqilliyinə qarşı fəaliyyət­in həyata keçirilməsinə imka­n verən hal kimi təfsir oluna bilməz. He­lsinki Yekun Aktının 8-ci bə­ndində deyilir: “İştirakçı dövlətlər ­ xalqların bərabər hüquqları və ­öz müqəddəratını təyin etmək ­ hüququna hörmət edərək, bütün hallarda ­BMT Nizamnaməsinin məqsəd və­ prinsiplərinə və beynəlxalq hüququn müv­afiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun ­ şəkildə fəaliyyət göstərəcəklər”. Eyni zamanda ATƏT-in Minsk Qrupunun ­ həmsədrlərinin bəyanatında mövcu­d işçi təkliflər əsasında davamlı sülhü təmin etmək üçün danışıqları­n aparılması qeyd olunur. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün ­ şərtlər və bəhanələr irəli sür­ür, görüşlərdən yayınır, V­yana və Sankt-Peterburq razılaşmalarına ­zərbə vurur, cəbhədə gərgi­nlik yaradır, açıq şəkildə sülh prosesin­i pozmaq və status-kvonu s­axlamaq siyasəti yürüdür. ­Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin dem­oqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək ­ cəhdlərini davam etdirməsi Er­mənistan tərəfinin əsl niyyətini ortaya qoyur. Ona görə də ATƏT-in Minsk Qrupunun ­ həmsədrlərinin bəyanatının kimə ü­nvanlandığı və nəyi ehtiva e­tdiyi hamıya çox yaxşı məlumdur”.

Yenicag.az

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv