Azərbaycan XİN Ermənistanın mina təhdidinə göz yummamağa çağırış etdi

Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi tviter səhifəsində paylaşım edib.

“2020-ci ilin sonundan bəri Azərbaycanda hmina qurbanlarının sayı 3030 nəfərə çatıb. Azərbaycan Ermənistanın mina təhlükəsinə göz yummamağa çağırışını təkrar edir”, – deyə paylaşımda qeyd olunub.