Azərbaycan XİN Gürcüstana başsağlığı verdi – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, – deyə xarici siyasət idarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub.