Azərbaycan XİN Livanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Livanı Milli Gün münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Milli Gün münasibətilə Livan hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Livan!”, – paylaşımda bildirilib.