Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Macarıstanı təbrik edib.
Yenicag.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım olunub.
“Macarıstanın Milli Günü münasibətilə dost Macarıstan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Biz Azərbaycan-Macarıstan ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, – XİN-in paylaşımında qeyd edilir.