Azərbaycan XİN Meksikanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Meksikanı Milli Gün münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Meksikanın Milli Günü münasibətilə Meksika hökuməti və xalqına ən xoş diləklər və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Meksika”, – nazirlikdən bildirilib.